10 Fevral 2016 14:20
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İsveçin Bakıdakı səfirliyinin fəaliyyətinin genişləndirilməsini gözləyir.

Trend-in məlumatına görə, bunu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isveçli həmkarı Marqot Vallströmlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan və İsveç arasında siyasi münasibətlər yaxşı səviyyədədir: "Azərbaycan hazırda diplomatik ofis kimi təmsil olunan İsveçin Bakıdakı səfirliyinin fəaliyyətinin genişləndirilməsini gözləyir".

E.Məmmədyarov qeyd edib ki, İsveçin Azərbaycandakı səfirliyinin iqamətgahı Stokholmdadır.

M.Vallström bildirib ki, özünün indiki səfərini ikitərəfli formatda və Aİ ilə əməkdaşlıq çərçivəsində Azərbaycanla əməkdaşlığa dəstək kimi nəzərdən keçirmək lazımdır.


Müəllif:

Oxşar xəbərlər