NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiyada xüsusi nümayəndəsi Ceyms Appaturay fevralın 16-da Bakıya səfər edəcək.
Bunu Trend-ə NATO-nun mətbuat xidmətindən bildiriblər.
Səfər zamanı C.Appaturayın Azərbaycan rəsmiləri ilə görüşlər keçirməsi planlaşdırılır.