16 Fevral 2016 18:32
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

17-21 fevral tarixlərində Fransanın Mets şəhərində yeniyetmə və azyaşlılar arasında Beynəlxalq Stolüstü Tennis Federasiyasının Premium Açıq turniri keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, şəxsi və komanda dərəcələrində keçiriləcək turnirdə 1998-ci il təvəllüdlü və azyaşlı yeniyetmələr və 2000-ci il təvəllüdə kimi olan azyaşlılar mübarizə aparacaqlar.

30 ölkədən 250 idmançının iştirak edəcəyi turnirdə Azərbaycanı məşqçi Mixail Timofeyevin rəhbərliyi altında 4 qız - Deng Simeng, Zhou Chuyi, Vang Miao, Chen Xingtai və 2 oğlan - Vang Chenxi, Yang Xinyu təmsil edəcək.


Müəllif:

Oxşar xəbərlər