Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən tank hərbi hissə və bölmələrində "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirilir.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yarışlarda tank heyətləri maneə səhəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tankəleyhinə xəndəyi və eskarpı dəf etməklə çətin şəraitdə sürücülük tapşırıqlarını yerinə yetirirlər. Heyətlər yerində və hərəkətdə atəş açmaqla təlim sahəsində yaradılmış müxtəlif hədəfləri məhv edirlər.
Yarışların yekununda birliklərdə ilk iki yeri tutan heyətlər Silahlı Qüvvələr üzrə keçiriləcək yarışlarda iştirak edərək ən yaxşı tank komandiri, tuşlayıcı operator və mexanik sürücüləri müəyyən edəcəklər.