İslam Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
İ.Əliyev vəzifəsindən öz ərizəsi ilə azad olunub. O, ərizəsində tutduğu vəzifədən azad olunub Sumqayıt İnzibati İqtisad Məhkəməsinin sədri təyin edilməsinə baxılmasını xahiş edib.