4 Mart 2016 17:12
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Misirin ölkəmizdəki səfiri xanım Suzan Mohamed Gamil ilə görüşüb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Müdafiə naziri Azərbaycan ilə Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və genişləndiyini qeyd edib. Nazir regiondakı hərbi-siyasi vəziyyətlə bağlı məlumat verərək Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Görüşdə, yaxın vaxtlarda Misirin güc strukturlarının geniş tərkibli nümayəndə heyətinin ölkəmizə gözlənilən səfəri, keçiriləcək danışıqlarda təhlükəsizlik və müdafiə sahəsində müzakirələrə dair tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər