Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 15-də Azərbaycana planlaşdırılan səfəri təxirə salınmayıb.
Türkiyənin Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfərin təxirə salınması ilə bağlı səfirliyə rəsmi təlimat daxil olmayıb.
Qeyd edək ki, Ədoğanın günorta saatlarında Bakıya gələcəyi və axşam Türkiyəyə dönəcəyi nəzərdə tutulub.
Xatırladaq ki, bundan öncə fevralın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün ölkəmizə səfəri planlaşdırılsa da, Ankarada baş verən terror hadisəsi nəticəsində səfər təxirə salınmışdı. Yenidən səfər martın 15-nə təyin edilmişdi, dünən isə Türkiyənin paytaxtında 34 nəfərin ölümünə, 125 nəfərin yaralanmasına səbəb olan terror hadisəsi baş verdi.
Nərgiz