Rusiya Federasiyanın Dağıstan Muxtar Respublikasında “Sadval” ləzgi milli hərəkatının lideri Nazim Hacıyev öldürülüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiyanın “RİA-Novosti” agentliyinə respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Mənbə qeyd edib ki, N.Hacıyevin cəsədi çoxsaylı bıçaq yaraları ilə mənzilində tapılıb. Fakt üzrə cinayət işi qaldırılıb.
Qeyd edək ki, N.Hacıyev 1944-cü ildə Dokuzparinski rayonunun Kuruş kəndində anadan olub. Tələbə ikən gənclər arasında ləzgilərin muxtar respublikasını yaratmaq üçün təbliğata başlayıb. “Sadval” Azərbaycanda ekstremist və terror təşkilatı kimi tanınır. Terror təşkilatı 1994-cü ilin martın 19-da metronun 20 Yanvar stansiyasında teror aktı törətmişdi. Terror hadisəsi zamanı 14 nəfər ölmüş, 49 nəfər isə yaralanmışdı.
Kəmalə