29 Mart 2016 17:27
2 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 30-na manatın məzənnəsi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankından Teleqraf com.-a verilən məlumata görə, 30.03.2016-cı il tarixinə 1 ABŞ dollarının Azərbaycan manatına nisbətdə rəsmi məzənnəsi 1,5586 AZN səviyyəsində müəyyən olunub.

Martın 29-da isə 1 dolların rəsmi məzənnəsi 1,5737 manat səviyyəsində idi.

Qeyd edək ki, dolların sonuncu kəskin bahalaşması Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə ötən il dekabrın 21-də baş verib. Həmin tarixdə dolların rəsmi məzənnəsi dəyişərək 1,5500 manat təşkil edib.

Sonradan 1 dollar 1 manat 70 qəpiyə qədər bahalaşıb. Bir neçə gündür dolların kursunda azalma tendensiyası müşahidə olunur.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər