“QHT-lərin əsas vəzifəsi ondan ibarətdir ki, bugünkü həssas məqamda dövlətin yanında olsunlar”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Şurasının sədri Azay Quliyev deyib.
O bildirib ki, hər kəs həm savaş meydanında, həm də virtual aləmdə aktiv olmalıdır. A.Quliyev qeyd edib ki, yaxın günlərdə QHT-lər cəbhə bölgəsinə səfər edəcək: "Oradakı QHT nümayəndələri ilə görüş keçiriləcək. Ən vacib iş bölgədə əhali ilə iş aparmaq və dezinformasiyaların qarşısını almaqdır.
Çalışmalıyıq ki, əsaslandırılmamış məlumatlar tirajlanmasın. Buna görə bütün potensialımızı səfərbər etməliyik. Xalqımızda döyüş əhval-ruhiyyəsi yüksəkdir. Atəşkəsin elan olunmasından Ermənistan nəticə çıxarmalı, danışıqlar masasında özünü səmimi aparmalı, işğal etdikləri torpaqları qaytarmalıdırlar. Ermənistan böyük çaşqınlıq içərisindədir, işğal etdiyi torpaqların bir hissəsini itiriblər. Hesab edirəm ki, Azərbaycan uzun müddət torpaqların işğalda qalmasına razı olmayacaq".
Nərgiz