13 Aprel 2016 13:05
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son illər ölkəmizdə ailə institutu zəifləyir".

Bunu Ombudsman Elmira Süleymanova bu gün Milli Məclisdə (MM) təşkil olunmuş “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” adlı tədbirdə çıxışı zamanı dilə gətirib. Onun sözlərinə görə, ailə institutunun zəifləməsində ailə-məişət zorakılıqları, valideyn məsuliiyətsizliyi, boşanmalar, ailmentin ödənilməməsi və digər amillər dayanır.

Teleqraf.com xəbər verir ki, ombudsman boşanmalarlın sayının getdikcə artmasını təəssüflə qeyd edib: “Ya görürsən oğlan, ər ailəsindən, ya da qız, gəlin ailəsindən ayrılır, boşanır. Hansı ki, əvvəllər bir qızın, oğlanın, gəncin boşanması xəbəri yayılanda bu, az qala cəmiyyətin ciddi rezonansına səbəb olurdu, günlərlə bu məsələ müzakirə edilirdi. İndisə bu məsələ az qala adiləşib. Bəs nə üçün belə oldu? Çünki bunun ilk səbəblərindən biri erkən nikahlardır, qızların özü də erkən nikahlara məcbur edilməsidir. Bununla yanaşı, digər problem xüsusilə, rayonlarda və kəndlərdə nikahların qeydiyyata alınmamasıdır. Bu, rayon və kənd yerlərində özünü çox ciddi şəkildə göstərir. Həmçinin, ailə-məişət porblemlərinin, boşanmaların kökündə dayanan ciddi problemlərdən biri narkomaniya, qumardır. Bu yaxınldarda çox dəhşətli bir faktın şahidi olduq. Ata öz qızını qumarda uduzmuşdu. İnanın ki, hələ də bundan özümə gələ bilmirəm”.

Ombudsman çıxışında eyni zamanda, parlamentə öz iradını bildirib. Deyib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi illərdir get-gələ salınıb.

E. Süleymanovanın dediyinə görə, artıq bu sənədin parlament müzakirələrinə çıxarılması və qəbulu vacibdir: “Artıq neçə illərdir bununla bağlı müzakirələr aparılır, ancaq onun qəbulu baş vermir, qanun layihəsi gedir-qayıdır. Həmçinin, uşqalara, xüsusilə, qızlara qarşı cinsi zorakılıqla mübarizə haqqında qanunun qəbulu gecikdirilir. Bu məsələ 2008-ci ildən öz həllini gözləyir. Hər hesabatımda da bu məsələni qaldırmışam. Amma hələ də onun müzakirəsindən və qəbulundən səs-soraq yoxdur”.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə cavabında bildirib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq. Komitə sədrinin sözlərinə görə, “Reprodiktiv sağalamlıq haqqında” qanun layihəsinin qəbulunun uzanmasına obyektiv səbəbdən daha çox, subyektiv səbəb mane olur: “Burada da əsas problem təbliğat işinin düzgün qurulmamasındadır. Yaranmış vəziyyətlə əlaqədar biz qanunun əleyhinə olan qurumlarla görüşdük, xüsusən də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanlar İdarəsində və digər qurumlarda görüşlər keiçirib qanunda olan məsələləri onlarla birgə müzakirə etdik. Görüşün yekunu olaraq bizə bildirildi ki, məsələnin əsl mahiyyəti bizə izah olunmayıb. Ona görə də qanun layihəsindfə nəzərdı tutulan məsələlər heç də islama zidd olan məsələ deyil. Yəni, artıq həm Dini Qurumlarla İş üzrə dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə qanun alyihəsinə razılığını verib”.

Ə. Əmiraslanov onu əlavə edib ki, spiker Oqtay Əsədov da qanun layihəsinin qəbul olunmasına razı olduğundan yaxın zamanlarda gündəliyə salınıb müzakirə olunacaq.

Cavad


Müəllif: