14 Aprel 2016 22:49
4 926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Ermənistan prezidenti Serj Sərkisyanın mətbuat konfranslarının birindən görüntülər yayılıb.

Video “Bizim ölkə” səhifəsində yerləşdirilib.

Qeyd edək ki, mətbuat konfransı 2001-ci ildə keçirilib.

Azərbaycanlı jurnalist Murad Hüseynov həmin vaxt Ermənistan müdafiə naziri vəzifəsində çalışan Serj Sərkisyana Ermənistan vətəndaşlarının heç kimin tanımadığı “DQR”də xidmət etməkləri ilə bağlı sual verib.

Videodan da görünür ki, həmyerlimizin dəqiq və aydın sualları Sərkisyanı özündən çıxarır.

Həmin vaxt müdafiə naziri olan Sərkisyan sadə sullara adekvat cavab tapmayınca özünəməxsus şəkildə azərbaycanlı jurnalisti onunla mübahisə etməkdə cəhddə ittiham edib.


Müəllif:

Oxşar xəbərlər