20 Aprel 2016 11:14
4 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər vəhclə yaranmış vəziyyəti vətəndaşlarına müsbət ampluada təqdim etmək istəyən Ermənistan hakimiyyəti, deyəsən, ön cəbhədən xəbərsizdir. Azərbaycan Silahlı Qüvvələrinin qarşısında düşmən ordusunun durumu həqiqətən acınacaqlıdır. Bölgə müxbiri və operatorumuz ötən gün yenidən cəbhənin Goranboy istiqamətində olublar. Qarşı tərəfin hərbçilərini lentə almağı bacaran əməkdaşlarımız bir çox maraqlı məqamları da üzə çıxarıblar.

Kadrlarda görünən bu insanlar qarşı tərəfin hərbçiləridir. Ordumuzun son əməliyyatları nəticəsində bütün strateji yüksəklikləri əldən verən erməni silahlı birləşmələri indi yeni mövqelər axtarışındadır.

Pərən-pərən düşən ermənilərin səngər qazmağa da hərbçiləri yoxdur. Qarşı tərəfdə işləyən mülki insanları açıq- aydın müşahidə etmək mümkündür. Ordumuzun mövqelərindən, demək olar ki, 90 dərəcə altda qərarlaşan ermənilərin bütün hərəkətləri nəzarətdə saxlanılır. İşğaldan azad olunan yüksəkliklər hesabına düşmənin nəzarətdə saxlanılması ilə bərabər, mütəmadi atəş altında qalan kəndlərimiz də təhlükədən çıxıb.

Erməni silahlı bölmələrindən fərqli olaraq Azərbaycan ordusu azad etdiyi ərazilərdə tam möhkəmlənib. Ön cəbhə olmasına baxmayaraq, hərbçilərimizin istirahət, yataq, yemək şəraiti, eləcə də maddi-texniki təhcizatı ən müasir standartlara cavab verir. Azərbaycan əsgərinin yüksək döyüş ruhu, vətənə, millətə bağlılıq hissləri və qüruru qələbənin heç də uzaq olmadığından xəbər verir (Lider TV).


Müəllif:

Oxşar xəbərlər