20 Aprel 2016 11:16
7 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub.

Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var. Müdafiə Nazirliyi təltif olunanların siyahısını, hələ ki, açıqlamayıb. Lakin buna baxmayaraq qəhrəmanlarımızdan bəzilərinin adları məlum olmaqdadır. Təltif olunanlardan biri haqda hərbi ekspert Üzeyir Cəfərov məlumat verib. Bu, Lələtəpə yüksəkliyinin ələ keçirilməsində şücaət göstərmiş və buna görə Prezident İlham Əliyev tərəfindən general-mayor rütbəsilə mükafatlandırılmış zabitimiz Mais Bərxudarovdur.

Teleqraf.com-un məlumatına görə, Ü.Cəfərov onunla bağlı Feysbuk postunda yazır:

“Əziz dostlar! Dünən ölkə başçısının mükafatlandırdığı cəsur və qorxmaz zabitlərimizdən birini Sizə təqdim edirəm. Füzuli rayonu istiqamətində – Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazimizi mənfur və xain düşməndən azadetmə əməliyyatında şəxsən iştrak etmiş, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxaran Mais Bərxudarov! Silahlı Qüvvələrin Ali Baş Komandanı dünən bu gənc və bacarıqlı zabitimizə general-mayor hərbi rütbəsini şəxsən təqdim etdi. Təbrik edirəm dəyərli Mais Bəyi və onun əsgər və zabitlərini. Onu da qeyd edim ki, birləşmə komandiri olmasına baxmayaraq, bu general şəxsən döyüş texnikasının arxasına keçərək mənfur düşmənə qan uddurub. Eşq olsun belə zabit və əsgərlərimizə!! Vətən öz qəhrəman övladlarını tanımalıdır. Allah Azərbaycan əsgərlərini və zabitlərini qorusun!!”

012


Müəllif: