Prezident İlham Əliyev Nasir Əbdüləziz Əl-Nasirin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsində və mədəniyyətlərarası dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir “Dostluq” ordeni ilə təltif edilsin.