Ötən il Macarıstanda qadın reportyorun badalaq vuraraq yerə yıxması ilə dünya mediasının gündəminə gələn suriyalı miqrant Üsamə Əbdel Möhsün oğlu Zeydlə birgə Azərbaycana gəlib.
Publika.az xəbər verir ki, Suriyadan olan miqrantlar Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edirlər.
Üsamə Əbdel Möhsün Publika.az-ın əməkdaşı ilə söhbəti zamanı Azərbaycanda olmasından məmnunluğunu bildirib: “Bakı çox gözəl şəhərdir. Doğrusu, Bakı ilə Avropanın aparıcı şəhərləri arasında heç bir fərq görmədim. Azərbaycanda olduğum üçün çox sevincliyəm”.
Üsamə Əbdel Möhsün Azərbaycanda öz ölkəsi kimi çox rahat olduğunu da söyləyib.
Xatırladaq ki, Üsamə Əbdel Möhsün hazırda İspaniyada yaşayır və "Xetafe" məşqçilərinin məktəbində çalışır. Məktəb həmçinin Ü.Ə.Möhsünə İspaniyada ailəsi ilə məskunlaşmağa kömək edib. Lakin onun digər övladları və həyat yoldaşı hələ də Türkiyədə qaçqın həyatı yaşayırlar.