"Dağlıq Qarabağda qoşunların təmas xəttində bu ilin aprelində baş verən döyüşlər Ermənistan prezidenti Serj Sərkisyan rejiminin acizliyini ifşa etdi".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu sözlər Ermənistanın müxalif "Demokratik vətən" partiyasının bəyanatında yer alıb:
"Döyüşlər Sarkisyanın aciz, miskin və mənəviyyatsız olduğunu göstərdi. 20 il müddətində erməni xalqında mif yaratdılar ki, onlar Qarabağı əldə saxlaya biləcəklər. Onlara qarşı çıxanları isə vətən xaini adlandırdılar.
Bu şüarlar altında bütün seçkiləri saxtalaşdıraraq, hakimiyyəti ələ aldılar. 2004-cü ilin aprelində Baqramyan meydanında "Üzük" əməliyyat keçirib, 2008-ci ilin martın 1-də isə xalqa atəş açdılar. Bundan sonra orduda özbaşınalıq, qarətlər daha da artdı. Bütün bunlardan sonra başa düşdük ki, bu ordu Qarabağda döyüşmək gücündə deyil.
Azərbaycan ordusu günü-gündən inkişaf edir. Serj Sərkisyanın panika yaratmamaqla bağlı verdiyi açıqlamaların hamısı xalqı aldatmağa yönəlib".
Samir