Aktyor Leonardo DiKaprio Cənubi Azərbaycanda Urmiya gölünün quruması haqqında İnstaqram səhifəsində yazıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, gölün qurumasından narahat olan Hollivud ulduzu ekoloji böhranı dünya ictimaiyyətinin diqqətinə çatdırıb. O, mesajında gölün qurumasının qarşısını almaq üçün heç bir tədbirin görülmədiyinə diqqət çəkib:
“Bir zamanlar bu göl Yaxın Şərqdə ən böyük duzlu göl idi. Amma indi iqlim dəyişikliyi, bənd təmiri və çöküntü səbəbindən göldə suyun cəmi beş faizi qalıb”.
Samir