Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib.
Ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.