17 May 2016 12:54
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sessiyası işə başlayıb.

Teleqraf.com xəbər verir ki, deputatlar “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi barədə qanunun layihəsini müzakirə ediblər.

Layihə barədə parlamentin Beynəlxalq münasibətrlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Komitə sədri deyib ki, Azərbaycan beynəlxalq təşkilatlarla fəal işləyir: “Biz bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik və bu, Azərbaycanın maraqları daxilində həyata keçirilir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında öz maraqlarını qorumaq niyyətindədir. Memorandumda ticari, iqtisadi məqamlar var. Biz müddəaları komitədə ciddi müzakirə etmişik. Bu təşkilatda dialoq üçün tərəfdaşlıq statusunda olmaq Azərbaycanın maraqlarına uyğundur”.

Nemət


Müəllif:

Oxşar xəbərlər