17 May 2016 13:31
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin iclasında iki qanuna dəyişiklik edilib.

Teleqraf.com-un məlumatına görə, bunlar “İcra məmurları haqqında” və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanun layihələridir.

Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli dəyişikliklər barədə məlumat verib. Ə.Hüseynli bildirib ki, qüvvədə olan “İcra məmurları haqqında” qanunun normasına görə, icra məmurları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarından istifadəyə görə məcburi müayinəyə nəzarət funksiyasını həyata keçirir: “İndi isə bu müddəa “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna köçürülür”.

Nemət


Müəllif:

Oxşar xəbərlər