25 May 2016 16:52
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın yeni seçilmiş Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Van der Bellen, Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Avstriya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".


Müəllif:

Oxşar xəbərlər