6 İyun 2016 16:40
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 6-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Bu münasibətlə institututda professorla xudahafizləşmə mərasimi olub.

Qulu Məhərrəmli Teleqraf.com-a açıqlamasında deyib ki, tədbirdə əhbərlik etdiyi monitorinq şöbəsinin işi yüksək qiymətləndirilib.

Alimlər Qulu Məhərrəmlinin televiziyaların vəziyyəti ilə bağlı verdiyi müsahibəyə görə əsassız olaraq məhkəmələrə cəlb edilməsinə, olmadığı halda bu müsahibədə təhqir axtarılmasına da münasibət bildirərək bunu bütün ölkə üçün biabırçılıq adlandırıblar. Bu prosesdə institutut əməkdaşlarından bəd niyyətlə istifadə etmək cəhdlərini də pisləyən kollektiv üzvləri bütün vicdanlı insanların, o cümlədən dilçi alimlərin, mütəxəssıslərin haqqın yanında olduqlarını bildiriblər.

Toplantıda çıxış edən Qulu Məhərrəmli əməyinə yüksək qiymət verdiklərinə görə institut rəhbərliyinə və elm ocağının kollektivinə minnətdarlığını bildirib. O, jurnalistika işi ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olacağı, eyni zamanda hazırda geniş nüfuz qazanmaqda olan “Azleks” elektron lüğətlər toplusunun rəhbərlərindən biri kimi dilçilik sahəsində fəaliyyətini davam etdirəcəyi barədə məlumat verıb.

“Mən həmişə özümü bu kollektivin üzvü hesab etmişəm” - deyən professor dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramının reallaşdırılması üçün həmişə həmkarlarının yanında olacağını deyib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər