İranın Merivan şəhərində hərbi məntəqəyə hücum olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum PKK terrro təşkilatının İran qolu sayılan PJAK tərəfindən törədilib. Hadisə nəticəsində 20 əsgər öldürülüb. Kürdüstan əyalətinin təhlükəsizlik rəsmiləri hücumu təsdiq ediblər.
Onlar hücumdan sonra terrorçulara qarşı xüsusi əməliyyatın başladığını bildiriblər. Şahidlərin sözlərinə görə, terrorçuların bölgədə fəallığı artıb.
Samir