17 Dekabr 2015 13:55
1 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin Su-24 təyyarəsini vurması düşmənçilik aktıdır".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu hadisəni anlamaq çox çətindir: "Əgər Türkiyə tərəfinin dediyi kimi bu təsadüf idisə, telefon zəngi vasitəsilə bunu anlatmaq olardı. Türkiyə bunu etməkdənsə, NATO-ya sığındı. Biz Türkiyə ilə əməkdaşlqıdan qaçmırdıq. Türk xalqı bizim dostumuzdur və dostumuz kimi qalacaqdır. Türkiyənin indiki hakimiyyəti ilə isə razılığa gəlmək demək olar ki, mümkün deyil.

Əgər onlar düşünürdülərsə ki, biz bu hadisədən sonra Suriyadan qaçacağıq, böyük səhv edirdilər. Biz Suriyada hərbi varlığımızı artırmışıq. S-400 raket sistemlərini yerləşdirmişik. Türkiyə tez-tez Suriya hava məkanını pozurdu. S-400-lərdən sonra qoy buna cəhd etsinlər ".

Samir


Müəllif:

Oxşar xəbərlər