18 May 12:20
2 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sərhədyanı Tavuş vilayətinin sakinlərinə bildirilib ki, Azərbaycanla sərhəddə divar tikiləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr bildirir ki, Tavuşda sərhədin demarkasiyası Kirants kəndində (Xeyrimli istiqamətində) etirazlara səbəb olub:

“Tavuş qubernatoru Hayk Qalumyan dünən Gürcüstan-Ermənistan yolunun Kirants hissəsini bağlayan və onunla görüşündən sonra açan kəndin 20-yə yaxın sakini ilə görüşüb. Qalumyan kirantslılara deyib ki, hər şey bitib, heç nəyi dəyişə bilməzlər, sərhəd çəkilib. Həmçinin qeyd edib ki, lazım olsa, sərhəd boyu divar çəkəcəyik ki, Azərbaycan sərhədçilərini görməyəsiniz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər