17 May 22:52
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hakimiyyət dəyişikliyinə yol açacaq qədər ictimai təzyiqin olacağını düşünmürük.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin hakim partiyasının deputatı Qurgen Arsenyan keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi aksiyalar haqda danışarkən deyib.

Deputat revanşistlərin Baş nazir Nikol Paşinyanı vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırmaq səylərinin mümkünsüzlüyünə diqqət çəkib:

“İmpiçment səsverməsi yoxdur. Etibarsızlıq prosesinə başlamaq və bu prosesi bitirmək ayrı şeylərdir. Bunun üçün 54 səs lazımdır. Bəs onların nə qədər səsi var? Bunun üçün hakim partiyanın deputatlarının, yəni parlament çoxluğunun səsləri lazımdır”.

Müxalifətin hazırkı baş nazirin ölkəyə rəhbərlik etmək iqtidarında olmaması ilə bağlı iddiasına belə cavab verib: “Seçkilərə 2026-cı ildə gedəcəyik, bacarsalar, başqasını seçərlər. Hakimiyyət dəyişikliyi yalnız seçki yolu ilə ola bilər”.

Arsenyan hakimiyyət dəyişikliyinə yol açacaq qədər ictimai təzyiqin olacağını istisna edib: “Çünki Ermənistanda siyasi böhran yoxdur. Belə bir ictimai təzyiq ya iqtisadi, ya da siyasi çöküş zamanı olur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər