18 May 11:56
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.

Teleqraf.com “Unikal”a istinadla xəbər verir ki, Hərbi Hava Qüvvələrinə yeni komandan general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib.

Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.

Onu da qeyd edək ki, 9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Namiq İslamzadəyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər