21 İyun 2016 13:59
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatı (QAT) Sankt-Peterburq görüşünün nəticələrinə dair bəyanatla cıxış edib.

Teleqraf.com-un məlumatına görə, bəyanatda deyilir: “Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında Sankt-Peterburq şəhərində keçirilən görüş Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizama salınması perspektivlərinin tam mənasız olduğunu aydın şəkildə göstərdi. Rusiya vasitəçi deyil, münaqişənin tərəfidir. Rusiya Dağlıq Qarabağ münaqişəsindən maksimum yararlanmağa çalışır, bütün gücü ilə işğalçı Ermənistanı müdafiə edir.

Bu mənada digər həmsədr ölkələrin – ABŞ və Fransanın mövqeyi Rusiyanın mövqeyindən heç nə ilə fərqlənmir. Tamamilə aydındır ki, xristian dövlətləri, xristian dövlətlərinin hökmran olduqları beynəlxalq təşkilatlar hər cəhdlə xristian Ermənistanın regionda mövqeyinin güclənməsinə, işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsindən qalibiyyətlə çıxmasına, regionda xristian amilinin möhkəmlənməsinə çalışırlar. Bu, Rusiyanın son 300, Qərbin isə son 100 il ərzində apardığı siyasətin davamıdır. İşğalçı Ermənistan bu “münbit” şəraitdə özünü çox rahat hiss edir, “qurbanlıq keçi” olduğunun, bütün region xalqlarının nifrətini qazandığının fərqinə varmır”.

QAT bəyan edib ki, onların bu oyunbazlıqlarına Azərbaycan Ordusu, Azərbaycan xalqının sarsılmaz iradəsi çox tezliklə son qoyacaq: “Azərbaycan Ordusu, xalqı döyüşə, on minlərlə qurban bahasına torpaqlarını işğaldan azad etməyə hazır və qadirdir. “Aprel döyüşləri” bunu əyani şəkildə göstərdi. Azərbaycan hakimiyyəti öz siyasi qərarını, döyüş əmrini verməlidir”

Səxavət


Müəllif:

Oxşar xəbərlər