22 İyun 2016 13:12
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu həftənin sonunda Vahid Azərbaycan Partiyasının qurultayı keçiriləcək. Qurultay iyunun 26-da, saat 13.00-da Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında baş tutacaq”.

Bunu Teleqraf.com-a açıqlamasında “Ağ Blok”un rəhbəri Tural Abbaslı deyib. O, əlavə edib ki, qurultayı iyunun əvvəlində keçirmək istəsələr də, yubanma baş verib: “Qurultay nümayəndələrinin ümumi sayı 150 nəfərdən çoxdur. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların hamısını qurultaya dəvət edəcəyik. Niyyətimiz var ki, Yeni Azərbaycan Partiyasını da qurultaya dəvət edək. Çünki bizim rəqabət aparmaq niyyətimiz var, düşmənçilik aparmaq fikrindən uzağıq. Yəni şəxsi ədavət yoxdur”.

Tural Abbaslı qeyd edib ki, qurultaya Müsavat Partiyasını dəvət edəcəklər: “İsa Qəmbər və Arif Hacılı dəvət ediləcək. Gələrlər lap yaxşı, gəlməzlər? bu da öz qərarları olacaq. Biz heç bir partiya ilə düşməni münasibətdə deyilik”.

Cavad


Müəllif:

Oxşar xəbərlər