6 İyul 2016 15:58
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya məhkəməsi “Barselona” klubunun argentinalı ulduz futbolçusu Lionel Messini və atası Xorge Messini vergidən yayındıqları üçün 21 aylıq həbs cəzasına məhkum edib.

Teleqraf.com xəbər verir ki, ölkə qanunlarına görə, Lionel Messi iki ildən az müddətə həbs cəzası aldığı üçün məhkum edilməyəcək.

Qeyd edək ki, məşhur futbolçunun və atasının vergidən yayınmaları ilə əlaqədar məhkəmə prosesi xeyli vaxtdır davam edirdi.

Bəkir


Müəllif:

Oxşar xəbərlər