11 İyul 2016 14:29
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü, hüquqşünas Xalid Bağırov tanınmış tarixçi, AXC hakimiyyətində təhsil nazirinin müavini postunu tutmuş Ədalət Tahirzadəni tənqid edib.

Teleqraf.com xəbər verir ki, REAL üzvü sosial şəbəkədə yazıb ki, Ədalət Tahirzadə Qatır Məmməd haqqında deyir ki, ona Azərbaycan tarixində yer yoxdur: “Bir dəfə Şəfibəy Rüstəmbəyli haqqında araşdırması barədə danışanda jurnalist ona Şəfibəyin İstanbulda yaşadıqları dönəmdə Rəsulzadə ilə aralarında yaranan problemlər barədə sual verdi. Ədalət Tahirzadə isə cavabında dedi ki, tarix belə mənfi şeylərdən danışmamalıdır. Ədalət Tahirzadə AXC hakimiyyətinin Bernard Levisi sayılacaq bir tarixçi idi. Onun da baxışları ilə sovet tarixçiliyinin yanaşması arasında fərq yoxdur. Cəbhə hakimiyyəti vizyonu barədə fikir yaradan faktlardandır”.

Cavad


Müəllif:

Oxşar xəbərlər