24 İyul 2016 23:52
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT-nin Əhali Fondunun təşkilati dəstəyi ilə İsmayıllı rayonunda həyata keçirilən ASAN Könüllülərinin yay məktəbi-həmrəylik düşərgəsinin növbəti qonağı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev oldu.

Teleqraf.com xəbər verir ki, ilk öncə qonağa düşərgə barədə məlumat verildi, könüllülərin Lahıc qəsəbəsində həyata keçirdikləri işlər təqdim olundu. Daha sonra V.Quliyev düşərgənin iştirakçısı olan ASAN könüllüləri ilə söhbət apardı, fikirlərini bölüşdü, onlara tövsiyələr verdi.

V.Quliyev çıxışında Azərbaycanda könüllülük hərəkatının inkişaf tarixinə nəzər salaraq, ASAN könüllülərinin timsalında gənclərin bu sahəyə daha çox marağının artdığını diqqətə çatdırdı. Bildirdi ki, bu gün ölkəmizdə könüllülük fəaliyyətini tənzimləyən qanunvericilik bazası, habelə könüllülərin təcrübə toplaması üçün kifayət qədər idarə və təşkilat mövcuddur. Şübhəsiz ki, “ASAN Xidmət” mərkəzləri könüllülər üçün ən yaxşı təcrübə məkanıdır. O, könüllü fəaliyyətin gəncləri faydalı əməyə, insansevərliyə alışdırdığını qeyd etmiş, onların vətənpərvər, milli köklərə bağlı, müasir dünyagörüşlü, şəxsi keyfiyyətləri yüksək olan vətəndaş kimi formalaşmasında böyük rol oynadığını vurğulamışdır.

V.Quliyev könüllülərlə görüşündə Azərbaycanda həyata keçirilən gənclər siyasətinə də toxunmuşdur. O, gənclər üçün yaradılan imkanlardan, onların təşəbbüslərini dəstəkləyən Gənclər Fondunun fəaliyyətindən, regionlarda inşa edilən gənclər evlərindən, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının uğurlarından, Azərbaycanın beynəlxalq gənclər hərəkatında fəal təmsilçiliyindən geniş söhbət açmışdır. Bildirmişdir ki, gənclər siyasətinin əsas subyekti kimidə məhz könüllüləri qeyd etmək vacibdir: "Bu gün könüllülər nəinki gənclər təşkilatlarının əsas tərkib hissəsini təşkil edir, eyni zamanda ölkəmizdə keçirilən dünya və qitə miqyaslı beynəlxalq tədbirlərin təşkilində yaxından cəlb olunurlar. Bütün bunlar bizə deməyə əsas verir ki, Azərbaycanda çox fəal könüllülər ordusu formalaşır".

Rəsmi qonaq görüşün sonundakönüllülərə uğurlar arzulamış, Azərbaycan dövlətinin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə etməyi, yaxşı təhsil almağı, vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynamağı, dövlətçilik maraqlarına hər zaman sadiq qalmağı tövsiyə etmişdir.


Müəllif:

Oxşar xəbərlər