29 İyul 2016 12:07
2 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın Koordinasiya Mərkəzinin rəhbəri Vidadi Mirkamal KXCP və Müsavatla əməkdaşlıq imkanlarının olmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, Milli Şuranın nümayəndəsi deyib ki, müxalifətin birləşməsinə, bir çətir altında olmasına ehtiyac yoxdur: “Məsələn, KXCP və ətrafında olan 4-5 partiya əgər real müxalifətdirsə, mövqelərini ortaya qoyaraq fəaliyyət göstərsinlər”.

Vidadi Mirkamal daha sonra Milli Şura-Müsavat əməkdaşlığına gəldikdə deyib ki, Müsavat Partiyası müxalif mövqedə durursa öz fəaliyyətini aparsın: “Ona mane olan kimdir? Artıq cəmiyyətdə o mesajı verməyə ehtiyac yoxdur ki, müxalifətin bir arada olaraq fəaliyyət göstərməsi vacibdir. Hərə öz mübarizəsini aparsın. Əsas odur ki, ortaya real mövqe qoyulsun. Vacib deyil ki, bunun üçün kimsə kiminsə yanında otursun”.

Cavad


Müəllif:

Oxşar xəbərlər