5 Avqust 2016 12:01
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov Milli Şuranı tənqid edib.

Teleqraf.com xəbər verir ki, Müsavat funksionerinin fikrincə, əgər təmsil olunduğu partiya Milli Şurada qalsaydı, indi havada ittiham və təhqirlər uçuşurdu: “Müsavat Partiyası referendum üzrə təşəbbüs qrupunu yaratmaq barədə qərar qəbul edəndən sonrakı 5 gün ərzində 2000-dən çox imza topladı, 200-dən çox nümayəndə seçdi, D-18 təşkilatının iştirakı ilə qrupu təsis etdi, sənədləri yoxladı, qaydaya saldı və Mərkəzi Seçki Komissiyasına müraciət etdi”.

Sadıqov daha sonra xatırladıb ki, Milli Şura təşəbbüs qrupu yaratmayıb: “İndi biz də orada qalsaydıq, bugün qrup yaradıb-yaratmamaq barədə hələ mübahisə edəcəkdik. İndi havada ittihamlar, təhqirlər uçuşurdu. Məhz bu səbəbdən Müsavatın Milli Şuradan çıxmasının tərəfdarı olmuşam.

Müsavata da, Milli Şuraya da seçdikləri taktikada uğurlar arzulayıram”.

Qeyd edək ki, Sadıqovun Milli Şura haqqında fikirlərinə cəbhəçilər etiraz edib. AXCP funksioneri N. Ədilov Müsavat nümayəndəsini əsassız söz-söhbətlər yaratmaq istədiyinə görə qınayıb.

Cavad


Müəllif:

Oxşar xəbərlər