“Son 13 ildə Azərbaycanda ən müasir standartlara cavab verən 600-dən çox tibb ocağı yenidən qurulub və ya tikilib”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev özünün tvitter hesabında yazıb.
Prezidentin sözlərinə görə, Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir, ölkənin ixrac potensialı artır: “Azərbaycanda insanların sosial təminatı prioritet təşkil edir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanda həyata keçirilən sosial proqramlar, infrastruktur layihələri vətəndaşların rifahına, regionların inkişafına xidmət edir”.
Kəmalə