17 Sentyabr 2016 17:15
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın bugünkü mitinqində radikal islamçıların ideoloqlarından biri, İslam partiyasının funksioneri Rövşən Əhmədov hazırda Nardaran hadisələrinə görə həbs olunmuş Tale Bağırzadənin müraciətini oxuyub. T.Bağırzadə faktiki olaraq əhalini müqavimətə, itaətsizliyə, qarşıdurmaya çağırıb.

Maraqlıdır ki, Milli Şuranın mitinqində terrorda günahlandırılan, 7 nəfərin ölümünə səbəbkar olan şəxsin çıxışı və radikal çağırışları səsləndirilir.

Ümumiyyətlə Milli Şuranın mitinqi daha çox dini çalarlarla fərqlənib, hər çıxışdan sonra “Allahu Əkbər” sədaları eşidilib.

Milli Şura bununla din faktorundan geniş istifadə etdiyini, dini və dindarları siyasi mübarizə alətinə çevirdiyini açıq nümayiş etdirib.


Müəllif:

Oxşar xəbərlər