“Turizm bir dövlət qurumunun işi ola bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, artıq Azərbaycan turizmin meyarları müəyyən olunmalıdır: "Mədəniyyət və Turizm Nazirliyi layihə hazırladı və bütün qurumlarla razılaşdırdı. Yeni layihəyə uyğun olaraq artıq hansı ölkələrə gedəcəyimiz, xidmətlər barədə məlumatlar şəffaf şəkildə göstəriləcək".
İlhamə ƏBÜLFƏT