Bakı Ekspo Mərkəzində “ADEX-2016” Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisinin açılışı olub.
Teleqraf.com xəbər verir ki, sərgidə 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir.
Müdafiə sənayesi naziri Yavər Camalov sərginin keçirilməsinin əhəmiyyətindən danışıb: “Ölkəmizdə belə sərgilərin keçirilməsi artıq ənənə halını alıb. Cənubi Qafqaz regionda yerləşən ölkələr, müstəqilliklərini elan etdikdən və BMT tərəfindən tanındıqdan sonra bu ölkələrin milli təhlükəsizliyə, daxili sabitliyin qorunub saxlanmasına böyük əhəmiyyət verməli oldular.
Müasir dünyada baş verən hadisələr, o cümlədən iqtisadi və siyasi böhranlar zaman-zaman təkrarlanır. Müstəqil Azərbaycan da ötən müddət ərzində bir neçə dəfə belə hadisələrin şahidi olub və bu vəziyyətdən uğurla çıxdı.
İqtisadi böhrandan çıxmaq üçün Azərbaycan prezidenti tərəfindən verilmiş qərarlar ölkədə yeni sosial, iqtisadi islahatlara təkan verdi. Artıq bu islahatlar öz nəticəsini göstərir. Ordu quruculuğunda islahatlar aparılıb və silahlı qüvvələrin maddi texniki bazası gücləndirilib”.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov dövlətlərarası əlaqələrin inkişaf etdirilməsindən söz açıb, Azərbaycanın regionda hərbi potensiala malik ölkə olduğunu deyib.
Samir