27 Sentyabr 2016 11:41
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sentyabrın 26-da Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsini (referendum) müşahidə edən Türkdillli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Müşahidə Missiyası mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, TürkPA-nın baş katibi Jandos Asanov deyib ki, TürkPA Azərbaycanda dördüncü dəfədir, səsvermə prosesini izləyir.

Müşahidə Missiyasının üzvü Haluk İpək missiyanın hesabatını təqdim edib. H. İpək referendumun yüksək səviyyədə təşkil olunduğunu, səsvermənin nəticələrinin xalqın iradəsini əks etdirdiyini bildirib: “Referendumun nəticələrinə təsir edəcək hər hansı pozuntu müşahidə olunmayıb. Bəzi texniki çatışmazlıqlar qeydə alınıb, bu da referendumun nəticələrinə təsir etməyib. Referendum beynəlxalq standartlara uyğun keçirilib”.

Qeyd edək ki, Müşahidə missiyasının tərkibində Qazaxıstan, Türkmənistan, Türkiyə, Qırğızıstan millət vəkilləri daxildir.


Müəllif:

Oxşar xəbərlər