Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyəyə yola düşüb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb. Prezident sabah İstanbuda keçiriləcək 23-cü beynəlxalq enerji konqresində iştirak edəcək.
Atatürk adına Beynəlxalq Hava Limanında Azərbaycan prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıb.
Bu gün Azərbaycan prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.