17 Oktyabr 2016 12:54
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiyanin Gənclər Təşkilatının bir qrup fəalı ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunmasının 25 illiyi münasibətilə partiyanın sədri F.Əliyev gənclərin vətənpərvərlik və vətəndaşlıq hisslərinin güclənməsi və möhkəmlənməsi məsələsinin vacibliyindən danışıb. Bildirib ki, hər bir gənc siyasi mənsubiyyətindən asılı olmayaraq, fəaliyyətini dövlətimizin güclənməsi və torpaqlarımızın bütövlüyü uğrunda istiqamətləndirməli və düşmənə qarşı mübarizəyə həmişə hazır olmalıdır.
Daha sonra gənclər öz fikir və təkliflərini bölüşüblər.


Toplantıda təşkilati məsələlərə də baxılıb. ALDP Gənclər Təşkilatının sədri Xaqan Rza hərbi xidmətə getdiyinə görə vəzifəsindən azad olunub. Onun yerinə Murad Əliyev təyin olunub.

ALDP Gənclər Təşkilatının yeni sədri Murad Əliyev öz növbəsində ona etimad göstərildiyinə görə partiya rəhbərliyinə təşəkkürünü bildirib.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər