29 Oktyabr 2016 09:35
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) 25 illiyi münasibətilə MDB yaradıcı ziyalıları və alimlərinin XI forumu keçirilib.

Teleqraf.com-un məlumatına götrə, Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Tarix və mədəniyyət ili” çərçivəsində təşkil olunan tədbirdə MDB ölkələrindən 150-dən artıq tanınmış ziyalı, elm və mədəniyyət xadimi iştirak edib.

Foruma Azərbaycandan elm, mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti də qatılıb.

Tədbirdə Qırğızıstan Prezidenti Aparatı rəhbərinin müavini Mira Karıbayeva, Baş nazirin müavini Qulmira Kudayberdiyeva və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edib.

Mixail Şvıdkoy bildirib ki, bu il sentyabrın 16-da MDB Dövlət Başçıları Şurasının Bişkek şəhərində keçirilən iclasında Azərbaycanın Gəncə şəhərinin 2017-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” seçilməsi ilə bağlı qərar qəbul olunub və bu, sevindirici haldır.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov göstərilən etimada görə təşəkkürünü bildirib, Gəncədə yaradılan müasir infrastruktur, milli adət-ənənələrin qorunub saxlanılması, eləcə də şəhərdə keçirilən beynəlxalq tədbirlər haqqında geniş məlumat verib.

Sonra Gəncənin tarixi, mədəniyyəti, inkişafı və şəhərdə keçirilən beynəlxalq tədbirlərdən bəhs edən film göstərilib, Gəncədən gələn muğam ifaçıları konsert proqramı ilə çıxış edib.


Müəllif:

Oxşar xəbərlər