12 Noyabr 2016 01:51
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana nəzərdə tutulan səfərinin təxirə salınmasından danışıb.

O, sözügedən məsələyə yerli mətbuat nümayəndələri üçün keçirdiyi brifinq zamanı toxunub.

İnternetdə səhhətində yaranmış problemlə bağlı ona şəfa diləyən hər kəsə minnətdarlığını bildirən Nursultan Nazarbayev, Azərbaycana səfərinin təxirə salınmasına da toxunub:

"Bloqqerlər bu barədə yazıblar, internetdə yazılıb. Xəstəliyimi elan etmək məcburiyyətində qaldıq, çünki mən beynəlxalq tədbirləri təxirə salmalı oldum. Azərbaycan və Ermənistana səfərlər nəzərdə tutulurdu, onu da təxirə saldıq. Çünki qızdırma və öskürək ilə harasa getmək mümkün deyildi".

"Report"


Müəllif:

Oxşar xəbərlər