23 Noyabr 2016 00:56
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycan qardaş iki ölkə olaraq bir birinə terrorla mübarizədə lazımı əməkdaşlığı həyata keçirdir, lazımı dəstəyi verir.

Trend-in məlumatına görə bunu Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral Bakıda jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, Dağlıq Qarabağ problemi həm Türkiyə həm də Azərbaycanın qanayan yarasıdır: “Dağlıq Qarabağ problemi bir an əvvəl öz həllini tapmalıdır. Türkiyə və Azərbaycanın həm Dağlıq Qarabağ probleminin həlli, həm də terrorla mübarizə məsələsinə əməkdaşlığı bundan əvvəl olduğu kimi bundan sonra da davam edəcək.”

Diplomat qeyd edib ki, Türkiyə Azərbaycanın terrorla mübarizə sahəsində göstərdiyi dəstəyə görə minnətdardır.


Müəllif:

Oxşar xəbərlər