“Azadlıq” Siyasi Partiyaların əməkdaşlıq mərkəzinin passiv olması haqda deyilənlər həqiqətə uyğun deyil. Bu formatda biz dünən toplaşaraq müzakirələr apardıq. Qərarların icrası vəziyyəti, ölkədəki ictimai-siyasi durum haqda fikir mübadiləsi oldu, eləcə də noyabrın 29-da tədbir keçirmək haqda qərar verdik”.
Bunu Teleqraf.com-a Böyük Azərbaycan Partiyasının sədri, “Azadlıq” Siyasi Partiyaların əməkdaşlıq mərkəzinin üzvü Elşad Musayev deyib.
Musayev əlavə edib ki, noyabrın 29-da “Milli demokratik qüvvələrin vəziyyəti və perspektivi” mövzusunda toplantı keçiriləcək: “Toplantıya siyasi partiyaların sədrləri dəvət ediləcək. Bu müzakirələrdə mətbuat iştirak etməyəcək. Bu daha çox siyasi görüş və fikir mübadiləsi olacaq. Bundan sonra məsləhətləşmələr əsasında müəyyən qərarlar qəbul ediləcək. Məqsəd milli demokratik qüvvələrin durumu və perspektivini müzakirə etməkdir”.
NEMƏT