ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta 45-ci prezident Donald Trampın inauqurasiya mərasiminə qatılmayacaq.
Teleqraf.com ABŞ səfirliyinə istinadən xəbər verir ki, diplomat inauqurasiya mərasimi günü Azərbaycanda olacaq.
“New-York Times” qəzeti diplomatlara istinadən yazıb ki, Donald Tramp inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən ABŞ səfirlərini geri çağıracaq. Bununla bağlı ABŞ Dövlət Departamentinə bildiriş də göndərilib. ABŞ-da prezident seçilmiş Donald Trampın inauqurasiya mərasimi isə yanvarın 20-də baş tutacaq.