"İran ABŞ Prezidenti Donald Trampın fərmanına cavab olaraq ABŞ vətəndaşlarına giriş vizaları verilməsi prosesini dayandıracaq."
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
M.C.Zərif fransalı həmkarı Jan-Mark Eyro ilə birgə mətbuat konfransında deyib ki, buna cavabımız amerikalılara İrana səfər etmək üçün viza verməyəcəyimiz olacaq.
Onun sözlərinə görə, bu məsələdə istisnalar da ola bilər: "İstisnalar olarsa, buna İran XİN-də baxılacaq və sonra qərar qəbul ediləcək".
Qeyd edək ki, ötən həftə D.Tramp ölkəyə giriş qaydalarını sərtləşdirən, eləcə də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somalidən olan şəxslərin ABŞ-a girişinə 90 gün müddətinə qadağa qoyan sənəd imzalayıb.