“Bu, Azərbaycanda ilk belə hadisədir. Bu işdə kimin əməyi varsa, hər kəsə təşəkkür düşür, təqdirəlayiq haldır. Çox mühüm məsələdir, tərəfimdən təqdir edilir”.
Bunu Teleqraf.com-a KXCP sədri Mirmahmud Mirəlioğlu blogger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsi faktını şərh edərkən deyib.
Partiya sədri bildirib ki, barəsində danışdığı məsələ aktualdır və günün əsas mövzusudur: “Həm də beynəlxalq öhdəliklərin, qanunların yerinə yetirilməsi, dövlətlərarası münasibətlər məsələsidir. Əlbəttə, mühüm hadisədir.
Bu bir başlanğıcdır və uğurlu başlanğıcdır. Ardı olsa çox gözəl olar. Azərbaycan türkünə dil uzadan, tarixi hadisələri yanlış qiymətləndirən, ayrı-seçkilik salan hər kəsə tətbiq edilməlidir.
Bizim hislərimizə toxunan, təhqir edən, Demokratik Cümhuriyyətin qurucularına dil uzadan, dövlətçilik tarixinə mənfi yöndə əl uzadanlar da bu formada cəzalandırılmalıdır”.
Cavad