14 Fevral 2017 13:00
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jirinovski rus kanallarının birində Azərbaycan və Ermənistanı Rusiyaya birləşdirmək və quberniyaya çevirmək iddiası ilə çıxış edib. Bəlkə də buna diqqət etmək lazım deyil. Amma Xocalı soyqrımının 25 illiyi ərəfəsində mən bunu deməyə bilmərəm. Ümummilli lider Heydər Əliyev qeyd edib ki, Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir. Bu şüar deyil, qan yaddaşımız, qanlı yanvarımız, Xocalımız, Qarabağımızdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı komitə sədri Səməd Seyidov bildirib.

Seyidov qeyd edib ki, quberniya olmaq məsələsinə gəldikdə əslində İrəvan bu statusa tam uyğun gəlir: “Amma Rusiyanın deyil, Azərbaycanın quberniyası statusuna. Etrmənistan tarixi Azərbaycan torpaqlıarında yaradılıb, tarixən indiki Ermənistanın əhalisinin 95 %-i azərbaycanlılar olub”.

Nemət


Müəllif:

Oxşar xəbərlər